İdman
“Qarabağ” ilk dövrəni zirvədə başa vurdu

Bu gün Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Publika.az xəbər verir ki, son oyun günündə "Qarabağ"la "Zirə" üz-üzə gəlib.
Bu matçla həm də I dövrəyə yekun vurulub. Bir qarşılaşması təxirə salınan dövrənin ardından milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq. Qısa fasiləyə hansı komandanın zirvədə yollanacağına turun son matçı aydınlıq gətirib.
Belə ki, dövrəyə liderlər arasında mərkəzi oyunla yekun vurulub. Startda 5 qələbəni sıralayan, ümumilikdə isə ardıcıl 8 matçda qalib gələn "Qarabağ" "Zirə" ilə görüşdə seriyasını davam etdirə bilməyib.
Çempionlar Liqasında işləri yaxşı getməyən Ağdam təmsilçisi cari mövsümdə uduzmayan qəsəbə klubunun müqavimətini də qıra bilməyib.
0:0 hesablı bərabərliklə tərəflər hərəyə bir xal qazanaraq hazırkı mövqelərini qoruyublar. (apasport.az)
Azərbaycan Premyer Liqası
VII tur
1 oktyabr (bazar)
"Qarabağ" - "Zirə" - 0:0
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz
Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika Stadionu
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 7.
Rahid Əmirquliyev (k), 10. Pedro Enrike, 18. Tarik Elyunussi, 30.
Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald
Qerye, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev,
91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 13.
İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Dino Ndlovu,
11. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 22.
Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Nicat
Süleymanov
Baş məşqçi: Qurban Qurbanov
"Zirə": 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4.
Vüqar Mustafayev, 5. Adil Nağıyev, 14. Qabriel Matey, 11. Viktor
İqbekoyi, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin
Muradov, 39. Sadiq Quliyev, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Sadio
Tounkara, 13. Aleksandr Şemonayev, 17.Vüsal İsgəndərli, 19. Elgün
Nəbiyev, 87. Müşfiq İlyasov, 98. Elçin Əliyev, 99. Nicat Qurbanov,
9. David Manqa
Baş məşqçi: Ayxan Abbasov
Turnir cədvəli
1 |
Qarabağ |
6 |
5 |
1 |
0 |
12-3 |
16 |
2 |
Zirə |
7 |
4 |
3 |
0 |
12-5 |
15 |
3 |
Qəbələ |
7 |
4 |
1 |
2 |
10-8 |
13 |
4 |
Sumqayıt |
7 |
3 |
1 |
3 |
8-10 |
10 |
5 |
İnter |
7 |
2 |
2 |
3 |
7-9 |
8 |
6 |
Səbail |
6 |
2 |
0 |
4 |
4-8 |
6 |
7 |
Neftçi |
7 |
1 |
1 |
5 |
5-9 |
4 |
8 |
Kəpəz |
7 |
1 |
1 |
5 |
5-11 |
4 |

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
Magazin117 Aprel 19:12
Anasını itirdikdən sonra ilk dəfə efirə çıxdı - VİDEO
-
Elm və təhsil17 Aprel 19:00
Balakəndə ilk: buraxılış imtahanında 300 bal toplayan kimdir? - FOTO