ABŞ-ın ilk hicablı idmançısı “Barbi” oldu
Bizi izləyin

İdman

ABŞ-ın ilk hicablı idmançısı “Barbi” oldu

ABŞ-ı Olimpiya oyunlarında təmsil edən ilk hicablı qadın idmançı İbtihac Məhəmməd “Barbi” obrazına model olub.

Publika.az xəbər verir ki, modelin obrazı Amerikanın “Mattel” firması tərəfindən yaradılıb.

Firma “Qlamur” dərgisinin təşkil etdiyi “İlin qadınları mükafatı”ndan öncə “Şero” seriyasını hazırlayıb və qadın idmançının obrazı da məhz bu seriyada yer alıb.

“Barbi”nin yeni modelləri gələn il satışa çıxarılacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm