İdman
Foqts ABŞ-dan da üzüqara dönür: 5 dəqiqəyə 2 qol
Bu gün Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib. Berti Foqtsun başçılıq etdiyi komandamız ABŞ millisi ilə qarşılaşıb.
Matç San Fransisko şəhərindəki "Kandlestik Park" stadionunda baş tutub. Bakı vaxtı ilə saat 07.10-da (ABŞ vaxtı ilə mayın 27, saat 19.10-da) başlayan qarşılaşmanın 75 dəqiqəsiz qolsuz bərabərliklə bitsə də, amerikalılar 2:0 hesablı qələbə qazanıb. Hesabı 85-ci dəqiqədə Mikkel Diskerud açıb. 5 dəqiqə sonra isə Aron Yohannsson fərqlənib.
Qeyd edək ki, bu millimizin ABŞ yığmasına qarşı ilk oyunu olub. Komandamız tarixində ikinci dəfə Atlantik okeanını keçib. Bundan əvvəl yığma Trinidad və Toboqo ilə oyun üçün okeanın o tayına səfər etmişdi. Berti Foqtsun başçılıq etdiyi komandamız bu il keçirdiyi ilk yoxlama matçında (5 mart) isə Filippinə 1:0 hesabı ilə qalib gəlmişdi.
Yoldaşlıq oyunu
28 may
ABŞ - Azərbaycan 2:0
Qollar: Mikkel Diskerud, 75. Aron Yohannsson, 80.
ABŞ: Tim Hovard, Maykl Bradley, Matt Besler, DaMarkus Bisley (Olar Qonzales, 46), Kris Vondolovski (Aron Yohannsson, 61), Aleksandro Bedoya (Miks Diskerud, 46), Jermaine Jones, Cozi Altidore, Qrem Zusi (Brad Davis, 46), Geoff Kameron (Timmi Çandler, 46), Fabian Conson (DeAndre Yedlin, 61).
Ehtiyat oyunçular: Brad Quzan, Nik Rimand, Con Bruks, Kayl Bekerman, Culian Qrin, Kris Vondolovski.
Baş məşqçi: Yurgen Klismann.
Azərbaycan: Kamran Ağayev, Elvin Yunuszadə, Rasim Ramaldanov, Mahir Şükürov (İlkin Qırtımov, 46), Vaqif Cavadov (Dmitri Nazarov, 58), Qara Qarayev, Rüfət Dadaşov (Pərdis Farzad-Azad, 68) Rauf Əliyev, Ruslan Abışov (Bədavi Hüseynov, 46), Ufuk Budak, Abdulla Abatsiyev (Maksim Medvedev, 70).
Ehtiyat oyunçular: Emil Balayev, Səlahət Ağayev, Şəhriyar Əliyev, Cihan Ozkara, Rəşad Sadıqov.
Baş məşqçi:Berti Foqts.
Hakim:lər: Henri Bejarano, Varner Kastro, Karlos Fernandez (Kosta Rika), Armando Kastro (Honduras).
San-Fransisko. "Kandlestik Park" stadionu.
-
Kriminal24 May 23:37
9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən açıqlama
-
Magazin124 May 23:13
Ağamirzədən Balaəlinin qalmaqallı fikrinə REAKSİYA
-
Nida Xəbər 24 May 23:00
Paşinyan açıqladı: Bu gündən etibarən....
-
Elm və təhsil24 May 22:00
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır - SƏBƏB
-
Magazin124 May 21:20
Bu sual Əməkdar artisti efirdə göz yaşına boğdu - VİDEO
-
Sosial24 May 21:10
Sərvər Ərdoğanla görüşündən danışdı - VİDEO
-
İdman24 May 21:00
Salah tanınmaz halda: imicini dəyişdi – FOTO
-
Magazin124 May 18:48
İlhamə Quliyevanın oğlu itkin düşdü