Ekopublika.az
Dövlət büdcəsinin gəlir və xərclərində gözlənilən ARTIM
![](https://publika.az/storage/2024/04/08/pullll.jpg?v1718572477)
Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.
Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, büdcəyə yenidən baxılmanı şərtləndirən amillər aşağıdakılardır:
- Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
- Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
- Bir sıra yeni infrastruktur layihələrinin (avtomobil yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yaxşılaşdırılması və s.) həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər, dəmiryol vasitəsilə şəhərətrafı sərnişin daşınması və digər daşımalar üzrə subsidiyaların verilməsi, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılması.
Maliyyə Nazirliyinin məlumatına görə, əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaradır.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında etiraf eşidəcəksiniz
-
Magazin116 İyun 23:36
Həmidə ilə İsmayıl ayrıldı - FOTO
-
Səhiyyə16 İyun 22:48
Xəbərimiz olmadan bizimlə birgə yaşayan ƏLAVƏ ORQANLAR
-
Magazin116 İyun 22:24
Fariz Əliyevə vəzifə verildi - FOTO
-
Sosial16 İyun 21:36
Zod qızıl mədəninin yeni görüntüləri yayıldı - VİDEO
-
Sağlamlıq16 İyun 21:24
Pomidor şirəsinin elə bir faydası tapıldı ki... - ŞOK ARAŞDIRMA
-
Magazin116 İyun 21:00
"Vüqar Biləcərinin sevgilisiyəm" deyən qadın görün kim imiş - VİDEO
-
Sosial16 İyun 20:44
"Dəniz Mall"da yaşanan təşvişlə bağlı rəsmi açıqlama - VİDEO/YENİLƏNDİ