İdman
“Barselona”nın ulduzu Türkiyə klubuna gedir
Türkiyənin “Fənərbaxça” klubu “Barselona”nın müdafiəçisi Lukas Diqneni transfer etmək niyyətindədir.
Publika.az xəbər verir ki, artıq “Fənərbaxça”nın maliyyə prezidenti Ali Yıldırım hazırki komandasında nadir hallarda meydançaya daxil olan sol cinah müdafiəçisinin meneceri Mikkel Bek ilə görüşüb və müzakirələr aparıb.
A.Yıldırım L.Diqneyə qaplarının açıq olduğunu bildirib. M.Bek isə futbolçunun “Barselona”dan ayrılmaq kimi bir niyyətinin olmadığını, klubun da hər mövqedə oynaya bilən bir futbolçunu asanlıqla buraxmayacağını ifadə edib.
Ancaq menecer bir ehtimal verərək “Diqne Dünya Çempionatına getmək istəyir. Bəlkə də davamlı oynamaq üçün klubdan ayrılmağı düşünə bilər” deyib. Buna görə də futbolçu ilə görüşüb, o da kluba dəqiq cavab verəcəyini deyib.
Qeyd edək ki, 20 dəfə milli komandanın formasını tərlədən Lukas Diqne keçən il “PSJ”dən “Barselona”ya 16,5 milyon avroya transfer edilib.
Zümrüd
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?