“Keşlə”nin satıldığından şübhələndiyi oyunlar – SİYAHI
Bizi izləyin

İdman

“Keşlə”nin satıldığından şübhələndiyi oyunlar – SİYAHI

"Keşlə”nin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun iştirak etdiyi şübhəli oyunların siyahısı müəyyənləşib.

Paytaxt təmsilçisi oyunçularının II dövrədəki çıxışlarından şübhə edib.

Klub yaydığı rəsmi bəyanatda Hacıyev və Seyidovun Premyer Liqanın son 5-6 görüşdəki hərəkətlərini xüsusi vurğulayıb. Həmin oyunlar isə II dövrəyə təsadüf edir və "Keşlə” onların hamısında meydanı məğlub tərk edib. Paytaxt təmsilçisi bu dövrədə yalnız "Qəbələ” ilə qarşılaşmayıb ki, həmin görüş də XIV turda baş tutacaq.

Mirhüseyn Seyidov bu görüşlərin hər birində meydana çıxıbsa, Nizami Hacıyev 4 qarşılaşmada iştirak edib və 1 qola imza atıb.

"Keşlə”nin ölkə çempionatındakı son 6 oyunu:

VIII tur

"İnter” – "Qarabağ” – 0:2

Mirhüseyn Seyidov – 90 dəqiqə

Nizami Hacıyev – adı iştirak ərizəsində olmayıb

IX tur

"Səbail” – "İnter” – 1:0

Mirhüseyn Seyidov – 90 dəqiqə

Nizami Hacıyev – adı iştirak ərizəsində olmayıb

X tur

"Keşlə” – "Kəpəz” – 0:2

Mirhüseyn Seyidov – 60 dəqiqə

Nizami Hacıyev – 90 dəqiqə

XI tur

"Sumqayıt” – "Keşlə” – 3:1

Mirhüseyn Seyidov – 10 dəqiqə

Nizami Hacıyev – 90 dəqiqə, 1 qol

XII tur

"Keşlə” – "Zirə” – 0:1

Mirhüseyn Seyidov – 38 dəqiqə

Nizami Hacıyev – 52 dəqiqə

XIII tur

"Neftçi” – "Keşlə” – 3:1

Mirhüseyn Seyidov – 90 dəqiqə

Nizami Hacıyev – 58 dəqiqə (apasport)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm