David de Xeadan cari mövsümün rekordu
Bizi izləyin

İdman

David de Xeadan cari mövsümün rekordu

İngiltərə Premyer Liqasının 15-ci turunda "Arsenal"ın qonağı olan "Manchester United" 3:1 hesablı qələbə qazanıb. Beləliklə, "topçular"ın son 12 ev oyunundakı qalibiyyət seriyası qırılmış olub.

Publika.az goal.az-a istinadən xəbər verir ki, oyunun qəhrəmanı qonaqların qapıçısı David de Xea olub. İspaniyalı qolkiper rəqibin 14 zərbəsini qaytarıb. Bu, cari mövsüm Premyer Liqada seyvlərin sayna görə rekorddur. De Xeanın 11-ci turda "Chelsea" ilə oyunda (0:1) 11 seyvi də diqqəti cəlb etmişdi.

"Manchester United" 74-cü dəqiqədə Pol Poqbanın birbaşa qırmızı vərəqə ilə cəzalandırılması səbəbindən oyunu 10 nəfərlə başa vurmalı olub. Fransalı havbek 2013-cü ilin mayından sonra ilk dəfə meydandan qovulub. Poqba 4 il öncə "Juventus" - "Palermo" qarşılaşmasında cəzaya görə oyunu yarımçıq tərk etməli olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm