İdman
"Roma"nın baş məşqçisi: "Qarabağ" layiqli rəqib idi"
Çempionlar Liqasının qrup mərhələsinin son oyununda evdə "Qarabağ"ı məğlub edən (1:0) "Roma"nın baş məşqçisi Eusebio Di Françesko oyunsonrası mətbuat konfransında iştirak edib.
Publika.az xəbər verir ki, italyan mütəxəssis birbaşa sualları cavablandırıb:
- Bu axşam qələbə qazansanız da, komandanız çox da
möhtəşəm oynamadı. Sizin təəssüratlarınızı bilmək
istərdik...
- Xüsusi təəssüratlarım yoxdu. Komandam qələbə qazanmağı çox
istəyirdi. Buna məcbur idik. Birinci hissədə istədiyimiz kimi
oynaya bilmədik. İkinci hissədə isə fəallaşdıq, qol vurduq,
qələbəni təm etdik. Artıq indidən 1/8 final barədə düşünməyə
başlamışıq. Bunu çox istəyirdik. Amma bununla kifayətlənmək olmaz.
Daha da böyük uğurlar üçün çalışmalıyıq. Bu gün qələbəni çətinliklə
təmin etdik. Amma asan qələbə qazanmaq da öyünüləsi bir şey
deyil.
- Sizə elə gəlmir ki, “Roma”nı uğurlara daşıyan daha çox
sol cinahın uğurlu çıxışıdı?
- Doğrudan da komandamızın sol cinahı yaxşı çıxış edir.
Futbolçularımız yaxşı vəhdət təşkil edirlər. Amma mən bütün
komandadan daha yaxşı oyun gözləyirəm. Stefan Əl- Şaraavinin də
çıxışını xüsusu qeyd edərdim. O da çox yaxşı çıxış edir.
Ümumiyyətlə, bu gün oynayan, oynamayan hər bir futbolçumuz,
bütövlükdə komandamız ÇL-də mərhələ keçməyimizi çox
istəyirdilər.
- Bakıda keçirdiyiniz oyunda hansısa jurnalist sizin
mətbuat konfransınızı kəsib canlı yayıma bağlansaydı, buna
münasibətiniz necə olardı? Çünki bir qədər öncə “Qarabağ”lı
həmkarınız “Sky Sports”un əməkdaşı tərəfindən belə bir münasibətlə
üzləşdi...
- Mən həmişə jurnalistlərin bütün suallarına cavab verməyə
çalışıram. İndi də futbol barədə olan suallarınızı məmnuyyətlə
cavablayardım. Amma belə şəxsi məsələlər barədə suala cavab
verməkdə çətinlik çəkirəm
- Sabah 1/8 finala vəsiqə qazanan bütün klubların adları
bəlli olacaq. Siz güclü rəqiblərlə qarşılaşa bilərsiniz. Onların
hansı ilə üz-üzə gəlməkdən qorxursunuz və ya hansıyla qarşılaşmaq
istərdiniz?
- Təbii ki, “Roma” heç bir rəqibdən qorxmamalıdı. Hər bir
komandayla oynamağa hazırıq. Kimdənsə çəkinsək, indiyə qədər
dediyim sözlərin heç bir mənası olmaz. “Roma” hər bir rəqiblə
bərabər səviyyədə mübarizə aparmağa hazır olmalıdı.
- “Atletiko” “Qarabağ”la oyunlarda 4 xal itirdi. “Roma”
da hər iki oyunda çətinliklə qalib gəldi. ÇL-də debüt edən bu rəqib
barəsində fikirləriniz necədi?
- “Qarabağ” əla oyun nümayiş etdirdi. Yalnız ilk oyunu çıxmaq
şərtilə. Çünki “Çelsi” ilə ilk oyunda sistem səhv idi. Ondan sonra
həmin sistemdən istifadə etmədilər və çıxışları da uğurlu alındı.
Layiqli rəqib idi. Xüsusilə bizim üçün. “Atletiko”nun qarşısını
aldılar. Hansı ki, bu, bizim üçün böyük əhəmiyyət kəsb edirdi.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO