“Qarabağ”ın futbolçusu ilin ən yaxşısı seçildi
Bizi izləyin

İdman

“Qarabağ”ın futbolçusu ilin ən yaxşısı seçildi

Amerika qitəsinin CONCACAF ali futbol qurumu tərəfindən keçirilən “2017-ci ilin ən yaxşı futbolçuları” nominasiyasının səsverməsi azarkeşlər üçün başa çatıb.

Publika.az xəbər verir ki, ən yaxşı yarımmüdafiəçi nominasiyasında "Qarabağ"ın futbolçusu Donald Gerye (33%) qalib gəlib.

Gerye azarkeşlərin verə biləcəyi səs faizinin tam limitini doldurub.

Səsvermənin digər mərhələsində isə baş məşqçilər və jurnalistlər (hər biri 33%) iştirak edəcək. Daha sonra səslər toplanacaq və qalib elan ediləcək.

Qeyd edək ki, aarkeşlərin səsverməsində Geryeni 14% səslə "Portland Timbers"dən David Quzman və 12% səslə "Sportinq"dən Brayan Ruis izləyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm