"Qalatasaray" "İmperator"la danışıqlara başladı
Bizi izləyin

İdman

"Qalatasaray" "İmperator"la danışıqlara başladı

"Qalatasaray" Fatih Terimlə danışıqlara başlayıb.

Publika.az xəbər verir ki, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.

Artıq Terimin özü də sosial şəbəkədə "Harada qalmışdıq?" - deyə paylaşım edib. Onun artıq dekabrın 24-də Super Liqada XVII turun "Göztəpə" ilə oyununda "Qalatasaray"ın sükanı arxasında olacağı gözlənilir.

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku, 1 dəfə isə "Emirates Cup" qazandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm