"Qarabağ"ın hücumçusu TOP-10-da
Bizi izləyin

İdman

"Qarabağ"ın hücumçusu TOP-10-da

"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsində 2017-ci ilin ən yaxşı 10 futbolçusundan biri seçilib.

Publika.az xəbər verir ki, 27 yaşlı forvard "KickOff.com" saytının açıqladığı siyahıda 6-cı olub.

Mətbu orqan, hücumçunun cari mövsümdə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən yeganə cənubi afrikalı futbolçu olduğunu yazıb:

"O, Çempionlar Liqasının təsnifat mərhələsində 4, Premyer Liqada isə 5 qol vurub. Bundan başqa, ötən mövsüm "Qarabağ"ın heyətində çempionluq sevinci yaşayıb".

Yazıda Ndlovunun qışda Çinə transfer olma ehtimalı da qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm