İdman
AAA prezidentini Bakıda sevindirən nə olub?
Avropa Atletika Assosiasiyasının prezidenti Hansorq Virç atletika üzrə yeniyetmələrin 2-ci Olimpiya Oyunlarına lisenziya qazandıran Avropa Təsnifat Turnirinin təşkilini yüksək qiymətləndirib.
Publika.az xəbər verir ki, qonaq turnirlə bağlı fikirlərini jurnalistlərlə bölüşüb:
“Bu turnir yüngül atletika üzrə Azərbaycanda keçirilən ən böyük yarış hesab olunur. Turnirin təşkilində müəyyən suallar yaranmışdı. Çünki cəmi 5 ay əvvəl Avropa Təsnifat turnirinin Bakıda keçiriləcəyi təsdiqlənib. Açılış mərasimində gördüklərim məni sevindirdi. Yarışın təşkilati işləri yüksək səviyyədə həll olunub.
İdmançıların nəqliyyat, qidalanma və yaşayış yerləri bizi razı saldı. Ən vacib məqam ondan ibarətdir ki, idmançılar olimpiya kəndində qalır. Bu olimpiya kəndi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları üçün hazırlanıb. Əminəm ki, Azərbaycan Avropa Oyunlarını nümunəvi şəkildə keçirəcək.
Bu yarış təkcə Azərbaycan deyil bütün Avropa üçün vacib turnirdir. Azərbaycan artıq istənilən miqyaslı turnirlərə ev sahibliyi etməyi bacarır. Bunu dəfələrlə sübut etmişik”.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...