"Qəbələ" Mahir Mədətovu qınadı: "Üzr istəməsini gözləyirik”
Bizi izləyin

İdman

"Qəbələ" Mahir Mədətovu qınadı: "Üzr istəməsini gözləyirik”

“Qəbələ” futbol klubu “Qarabağ”ın gənc hücumçusu Mahir Mədətov haqqında bəyanat yayıb.

Publika.az xəbər verir ki, klub M.Mədətovu qınayıb.

Buna səbəb isə 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində gedən “Qış nağılı” verilişində futbolçunun səsləndirdiyi fikirlər olub.

Bəyanatda bildirilib ki, Mədətov verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi “Qəbələ”nin baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və bu əhvalatı özünəməxsus şəkildə təqdim edib:

““Qəbələ” İdman Klubu Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yanlış fikir formalaşdırmağa xidmət edir.

Bütün bunları nəzərə alaraq, “Qarabağ”ın gənc futbolçusu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ”dən və onun baş məşqçisindən üzr istəməsini gözləyirik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm