Davos forumunun son günündə SÜRPRİZ QONAQ - - FOTO
Bizi izləyin

İdman

Davos forumunun son günündə SÜRPRİZ QONAQ - - FOTO

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Xuan Mata Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunu ziyarət edəcək. Forum yanvarın 23-də başlayıb və 26-da başa çatacaq.

“Report” "The Sun" nəşrinə istinadən xəbər verir ki, ispan futbolçu forumun digər iştirakçıları ilə öz "Common Goal" adlı xeyriyyə layihəsini müzakirə edəcək.

Kampaniyaya görə, futbolçular öz əmək haqlarının 1 faizini bütün dünya üzrə futbol xeyriyyə təşkilatları və kasıb ailələrdən çıxan uşaqları dəstəkləyən kollektiv fonda köçürürlər. Hazırda layihəyə 18 ölkədən 36 futbol təmsilçisi cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm