Azərbaycanla bağlılığı olan qadın Ərəbistanı qarışdırdı – FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycanla bağlılığı olan qadın Ərəbistanı qarışdırdı – FOTOLAR

Azərbaycanla bağlılığı olan qadın Ərəbistanı qarışdırdı – FOTOLAR

Mirça Redniki, Katalin Domanı, Uinston Parksı "Xəzər Lənkəran"a gətirən Ana Maria Prodan Səudiyyə Ərəbistanında gündəmə gəlib.

Publika.az xəbər verir ki, buna səbəb onun həyat yoldaşı, rumın məşqçi Laurentu Reqekampfın "Əl Hilal" klubunun baş məşqçisi təyin olunmasıdır.

38 yaşlı mütəxəssis son iki ildə "Styaua"nı çalışdırıb. Başa çatan mövsümdə Buxarest klubunu çempion edən Reqekampf istefa verib. Bundan sonra isə "Əl Hilal"la müqavilə bağlayıb.

Ərərb fanatlar yeni baş məşqçini coşqu ilə qarşılayıb. Lakin onun həyat yoldaşı ilə bağlı gerçəkləri öyrəndikdən sonra narahat olmağa başlayıblar. Eyni zamanda menecer olan Ana Maria Prodanın Səudiyyə Ərəbistanına gəlmə ehtimalı azarkeşləri qıcıqlandırıb. Bunun səbəbi isə onun çılpaq fotoları və qumara olan alışqanlığıdı. "Alarabiya"nın xəbərinə görə, artıq əxlaq polisi hərəkətə keçib. Çünki qadınların çadrada gəzdiyi ölkədə Prodanın da eyni formada geyinməsi vacibdi. Polis artıq bu barədə xəbərdarlıq edib. Əks halda onu gözləyən cəzalar da açıqlanıb.

"Əl Hilal" azarkeşlərindən biri isə Ana Maria Prodan haqqında "facebook" səhifəsində bunları yazıb: "Sən pornoqrafik bir modelsən. Gecə klublarında çalışırsan. Avropada qal və gecə klublarına get. Burada sənə yer yoxdu".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm