"Qarabağ"ın ulduzu Türkiyəyə transfer edilir
Bizi izləyin

İdman

"Qarabağ"ın ulduzu Türkiyəyə transfer edilir

Türkiyənin Super Liqa klublarından olan "Bursaspor" "Qarabağ"ın futbolçusu Riçard Almeydanı transfer etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı iddia yayıb.

İddiaya görə, “Bursaspor”un baş məşqçisi Paul Le Quenin komandasında görmək istədiyi iki yarımmüdafiəçidən biri məhz R.Almeyda, digəri isə "Feyenurd"un oyunçusu Kərim El Əhmədidir.

Superliqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyir.

Türkiyə mətbuatı Almeydanın transfer qiymətinin 1 milyon 750 min avro olduğunu yazıb.

“Transfermarkt” isə R.Almeydaya 1 milyon 500 min avro qiymət qoyub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm