“Keşlə” özünə yeni baza axtarır - SƏBƏB
Bizi izləyin

İdman

“Keşlə” özünə yeni baza axtarır - SƏBƏB

Qış təlim-məşq toplanışını başa vuran “Keşlə” klubu özünə yeni məşq bazası axtarır.

Publika.az xəbər verir ki, buna səbəb baş məşqçi Ramiz Məmmədovun arenanın ot örtüyündən narazı qalması olub.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun saytımıza verdiyi açıqlamada bildirib ki, qış toplanışında təbii ot örtüyündə məşq edən komanda artıq süni ot örtüyündə məşq etmək istəmir:

“Oyunların keçirilmə yeri yenə də “Şəfa” stadionu olacaq. Ancaq komanda məşq yerini dəyişmək niyyətindədir. Ola bilər ki, “Neftçi”nin bazasına keçdik. Ola bilsin, “Dalğa Arena” və yaxud “Olipmiya Stadionu”nun ehtiyat bazası olsun.

Baş məşqçi də stadionun ot örtüyünün süni olmasından narazıdır. Çünki süni ot örtüyündə zədənin şiddəti daha böyük olur. Komanda yanvarın 5-dən fevralın 4-nə qədər təbii ot örtüyündə hazırlaşıb. Qarşıda əhəmiyyətli oyunlarımız olduğu üçün baş məşqçi zədə səbəbindən futbolçu itirmək istəmir. İndi normal qiymətə yaxşı meydança tapıb məşq etmək çətindir. Ona görə də proses zaman alacaq. Ancaq yaxın günlərdə problemin həlli tapılacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm