Karateçilərimiz Soçidən 6 medalla qayıdır
Bizi izləyin

İdman

Karateçilərimiz Soçidən 6 medalla qayıdır

Azərbaycanlı karateçilər Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin isə 10-cu Avropa çempionatında çıxış ediblər.

Publika.az xəbər verir ki, qitə birinciliyi karateçilərimiz üçün uğurlu keçib. Təmsilçilərimiz Avropa çempionatında altı medal qazanıb ki, bunlardan dördü qızıl, biri gümüş və bürünc olub.

Yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcılı ikinci dəfə Avropa ücüncülüyünü qazanıb.

Yarışın ilk günü Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) və Polina Hurenko (-47 kq, şəxsi məşqçisi Denis Morozov), ertəsi gün 16-18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (-61 kq, şəxsi məşqçisi Vüqar Kərimov) qızıl medala sahib olub. Mədinə Sadıxova (-48 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) isə gümüş medala layiq görülüb.

Roman Heydərov (kata), Aytac Əliyeva (-55 kq) və Fəridə Əliyeva (+67 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsə də nəticədə medalsız qalıblar.

44 ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan ümumi hesabda 5-ci yeri tutub. Yeniyetmə karateçilərin bu ilin yayında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiadasına qatılmaq üçün hazırlıqları davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm