Premyer Liqada əzəli rəqiblərin dueli
Bizi izləyin

İdman

Premyer Liqada əzəli rəqiblərin dueli

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq. Həftəyə 3 qarşılaşma ilə son qoyulacaq.

İkinci oyun gününə Zirədə start veriləcək. Premyer Liqanın ən gənc kollektivləri “Səbail” və “Zirə” sonuncuların meydanında üz-üzə gələcək. Son iki turda xal üzünə həsrət qalan komandalara mövqeyini qorumaq üçün qələbə vacibdi. “Səbail” 7-ci pilləyə düşmək, “Zirə” isə “üçlük”dəki yerini itirmək təhlükəsi ilə üz-üzədir. Bu il keçirdiyi 5 matçda qələbə qazana bilməyən Ayxan Abbasovun yetirmələri “qara zolaq”dan çıxmaq üçün debütantı mövsümdə 3-cü dəfə yenməlidi.

Turun mərkəzi matçında əzəli rəqiblər “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Azərbaycan çempionatlarının daimi iştirakçıları 8-ci km qəsəbə stadionunda qarşılaşacaq. Son iki görüşdə xal itirməyən Tərlan Əhmədovun yetirmələri lideri də büdrətmək əzmindədi. 11 turdu uduzmayan ağdamlılar uğurlu seriyanı davam etdirməklə çempionluğa doğru addım atmaq niyyətindədi. Son 4 matçı qolsuz tərk etməyən Qurban Qurbanovun yetirmələri 10 xallıq fərqin əriməməsi üçün meydandan qələbə ilə ayrılmalıdı.

Fasilə öncəsi son oyun Sumqayıtda keçiriləcək. 3-cü pilləyə yüksəlmək üçün çalışan “Sumqayıt” çempionatın autsayderi “Kəpəz”i qəbul edəcək. 7 turdu uduzmayan Samir Abasovun yetirmələri doğma azarkeşlər önündə növbəti qələbə qazanmağa köklənib. Ardıcıl 9 matçdı qol buraxan qərblilər xal həsrətini bitirmək iddiasındadı. (Apasport.az)

Azərbaycan Premyer Liqası. 20-ci tur

14 mart

17:00. “Zirə” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Fazil Mürşüdov

Zirə İdman Kompleksinin stadionu

18:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

8-ci km stadionu

20:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

Sumqayıt şəhər stadionu

Turnir cədvəli

1

Qarabağ

19

15

3

1

30-7

48

2

Qəbələ

20

12

3

5

34-20

39

3

Zirə

19

9

5

5

27-19

32

4

Sumqayıt

19

9

4

6

24-20

31

5

Neftçi

19

8

2

9

24-22

26

6

Səbail

19

5

2

12

13-27

17

7

Keşlə

20

4

4

12

17-32

16

8

Kəpəz

19

3

1

15

12-34

10

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12 qol

Oxumağa davam et
Reklam
Reklam

Gündəm