Ərzurum Qış Olimpiya Oyunlarının təşkilinə namizəddir
Bizi izləyin

İdman

Ərzurum Qış Olimpiya Oyunlarının təşkilinə namizəddir

Türkiyənin Ərzurum şəhəri 2026-cı il Qış Olimpiya Oyunlarını keçirməyə namizədliyini rəsmən irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının Ərzurumdan olan deputatı Mustafa Ilıcalı açıqlama verib.

O, namizədliyin irəli sürülməsinə verdikləri dəstəyə görə partiya sədri və ölkə prezidenti Rəcəb Tayyip Ərdoğana, idman naziri Osman Aşkın Baka və hökumətə minnətdarlığını bildirib.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinə namizədlərin irəli sürülməsi prosesinə martın 31-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm