Qattuzonun "Milan"dakı taleyinə aydınlıq gəldi
Bizi izləyin

İdman

Qattuzonun "Milan"dakı taleyinə aydınlıq gəldi

İtaliyanın "Milan" klubu baş məşqçi Cennaro Qattuzo ilə yeni müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, italiyalı mütəxəssisin müqaviləsi 2021-ci il iyunun 30-na kimi nəzərdə tutulub.

Razılaşmaya əsasən, 40 yaşlı məşqçi illik 2 milyon avro qazanacaq.

Qeyd edək ki, Cennaro Qattuzo 2017-ci ilin noyabrında Vinçentso Montellanın əvəzinə bu vəzifəyə təyin olunub. Onun rəhbərliyi altında "Milan" klubu 25 matçda 13 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət əldə edib. Komanda İtaliya çempionatında 51 xalla 6-cı pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm