İdman
Firdovsi Umudov: “Bayrağı bu cür yüksəldərlər”
"Dünyanın ən nəhəngləri ilə döyüşüb ikinci yeri tutmaq özü böyük uğurdur. Amma biz özümüzü birinci yerin sahibi kimi hiss edirik. Zədəli idmançılara və müəyyən basqılara baxmayaraq, sonuna qədər mübarizə aparıb bayrağımızı dalğalandırmağı bacardıq. Nəticədə Azərbaycan aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında ikinci yeri qazandı".
Publika.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov ABŞ-ın Ayova şəhərində keçirilən Dünya Kuboku yarışında mübarizə aparan Azərbaycanın sərbəst güləş üzrə milli komandasının çıxışını dəyərləndirərkən deyib.
"Bu, bütün Azərbaycanın uğurudur. Bu qələbə ölkə başçısı İlham Əliyevin idmana olan diqqət və qayğısının nəticəsidir. O, daim xalqının, idmançıların yanındadır. Biz də öz növbəmizdə prezidentin bizə göstərdiyi etimadı doğrultmaq üçün mübarizə apardıq. Söz verdiyimiz kimi də qələbəmizi 2016-cı ilin aprel ayında vətən uğrunda şəhid və qazi olmuş qardaşlarımıza həsr etdik”, - o bildirib.
I vitse-prezident sosial şəbəkələrdə ölkəmizə, dövlətçiliyimizə qarşı əks təbliğat aparanlara, qara yaxmağa çalışanlara ABŞ-dan bir fikirlə səslənib: “Bayrağı bu cür yüksəldərlər”.
F.Umudov qeyd edib ki, sosial şəbəkələrdəki “qarayaxma kampaniyası”, təzyiq cəhdləri Azərbaycan xalqını öz yolundan döndərmək iqtidarında deyil: “Azərbaycan xalqı, eləcə də bütün idmançılar İlham Əliyevin ətrafında möhkəm dayanıb. Biz hər birimiz dövlətin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı dayanmışıq. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın inkişafını və gücünü öz qələbəmizlə sübuta yetirə bildik. Dünyanın nəhəng ölkələri arasında yer almaq özü böyük uğurdur. Təbii ki, bizi başqa yarışlar da gözləyir. Biz daim ölkə başçısının diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. İlham Əliyevin bizə olan etimadını doğrultmaq üçün növbəti qələbələrə hazırlaşırıq”.
Sonda federasiyanın I vitse-prezidenti 11 aprel prezident seçkiləri günü hər kəsi İlham Əliyevə səs verməyə çağırıb: “Azərbaycanın uğurlarını gözü götürməyənlərə qarşı xalqımız bir olmalıdır. Buna görə də inanıram ki, bütün xalqımız, xüsusilə idmançılarımız aprelin 11-də seçki məntəqələrinə gəlib İlham Əliyevə səs verəcək və “İlhamla irəli!” deyəcək. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz hələ çox qələbələrə imza atacağıq”.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı