İdman
Xanım idmançımız lider olduğunu sübut etdi
Almaniyanın Dormagen şəhərində qadın güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilib.
Publika.az xəbər verir ki, yığma komandanın baş
məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə 3 güləşçimiz
qüvvəsini sınayıb. Güləşçilərimiz 1 qızıl və 2 bürünc medal
qazanıb.
48 kq-da mübarizə aparan komandamızın lideri
Mariya Stadnik bütün rəqiblərindən üstün olub və
turnirin qızıl medalına sahib olub. Polşa, Kanada, Rusiya və
yarımfinalda daha bir Kanada təmsilçisini məğlub edən güləşçimiz,
finalda Almaniya güləşçisinə də heç bir şans verməyib.
58 kq çəki dərəcəsində mübarizə aparan
İrina Netreba yarışa Fransa təmsilçisi üzərində
qələbə ilə başlayıb. Ancaq yarımfinalda Qırğızıstan güləşçisinə
uduzan təmsilçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə
Rusiya təmsilçisi üzərində qələbə İrina Netrebaya bürünc medal
qazandırıb.
69 kq çəkidə Nadya Sementsova 5
görüş keçirib. Ardıcıl olaraq Almaniya, Rumıniya və Polşa
güləşçilərini üstələyən güləşçimiz, yarımfinalda digər Almaniya
təmsilçisinə uduzub. Ancaq bürünc medal uğrunda Almaniyadan daha
bir güləşçi ilə həlledici görüşə çıxan Nadya Sementsova rəqibinə
şans verməyib və bürünc medala sahib olub.
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO