İdman
Avropa Liqası: "Arsenal" əlverişli şansı qaçırdı - VİDEO
Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçirilib.
Publika.az xəbər verr ki, İngiltərə və Fransada təşkil olunmuş qarşılaşmaların hər birində iki qol vurulub.
"Arsenal"la səfər matçında İspaniya "Atletiko"su artıq 10-cu dəqiqədə azlıqda qalıb. Şime Vrsalyo ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Buna etiraz edən baş məşqçi Dieqo Simeone isə texniki zonadan kənarlaşdırılıb.
Meydan sahibləri say üstünlüyündən 61-ci dəqiqədə Aleksandr Lyakazettin qolu ilə yararlana biliblər. Bununla belə, 82-ci dəqiqədə "Atletiko"nun hücumçusu Antuan Qrizmann bərabərlik qolunu vurmağa müvəffəq olub. Bununla da görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Fransada isə "Marsel" "Zaltsburq" üzərində inamlı qələbə qazanıb - 2:0. Qolları 15-ci dəqiqədə Florian Toven, 63-cü dəqiqədə isə Klinton NJi vurub.
Qeyd edək ki, cavab görüşləri mayın 3-də keçiriləcək.
Avropa Liqası, yarımfinal, ilk oyunlar
26 aprel
23:05. "Arsenal” (İngiltərə) – "Atletiko” (İspaniya) - 1:1
Qol: Aleksandr Lyakazett, 61 - Antuan Qrizmann, 82
Qırmızı vərəqə: Şime Vrsalko, 10 ("Atletiko")
Baş hakim: Kleman Türpen (Fransa)
23:05. "Marsel” (Fransa) – "Zaltsburq” (Avstriya) - 2:0
Qollar: Florian Toven, 15. Klinton NJi, 63
Baş hakim: Uilyam Kollam (Şotlandiya)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu