AFFA azarkeşlərə görə iki klubu cəzalandırdı
Bizi izləyin

İdman

AFFA azarkeşlərə görə iki klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsi iki klubu azarkeşlər üzündən cəzalandırıb.

Publika.az xəbər verir ki, 28 aprel tarixində Topaz Premyer Liqasının XXV turu çərçivəsində keçirilən “Qəbələ” – “Kəpəz” matçında Gəncə təmsilçisinin azarkeşləri olan sektorda oturacaqlar sındırılıb.

Komitə stadiona dəymiş ziyan əsasında “Qəbələ” klubunun təqdim edəcəyi hesabın “Kəpəz” klubu tərəfindən ödənilməsi qərarını qəbul edib.

Daha bir cərimə isə 29 apreldə keçirilən “Sumqayıt” – “Səbail” oyununa görə tətbiq edilib. Belə ki, matçının ikinci hissəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Buna görə kluba 1600 manat məbləğində cərimə olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm