İdman
Hokkey üzrə dünya çempionu məlum oldu
Danimarkanın Kopenhagen və Herninq şəhərlərinin ev sahibliyi etdiyi hokkey üzrə dünya çempionatında 16 komanda birincilik uğrunda mübarizə aparıb.
Publika.az xəbər verir ki, 82-ci dəfə təşkil olunan mundialın qızıl medalı uğrunda görüşdə İsveç və İsveçrə yığmaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Overtaymda da komandalar fərqlənmədiyindən qalib bullit seriyasında müəyyənləşib. Bullit seriyasında Filip Frisberq fərqlənməklə İsveç millisinə 3:2 hesablı qələbə qazandırıb və komanda dünya çempionatının qızıl medalına sahib olub.
Bürünc medal uğrunda görüşdə ABŞ və Kanada yığmaları üz-üzə gəliblər. Rəqibini 4:1 hesabı ilə məğlub edən ABŞ hokkeyçiləri dünya çempionatının bürünc medalına sahib olublar. Çempionatın favoritlərindən hesab olunan ABŞ yığması 2015-ci ildən indiyədək ilk dəfədir mükafatçılar sırasında yer alıb. Kanada yığması isə əksinə son üç ildə ilk dəfədir ki, çempionatı mükafatsız tərk edib. Ötən üç dünya çempionatında Kanada millisi iki dəfə qızıl, bir dəfə gümüş medal qazanıb.
ABŞ millisinin hücumçusu Patrik Keyn dünya çempionatının rekordunu yeniləyib. Belə ki, hokkeyçi keçirdiyi 10 oyundan 20 xal toplayıb. Əvvələr bu rekord kanadalı Deni Hitliyə məxsus olub.
Qeyd edək ki, ötən il Almaniya və Fransanın birgə ev sahibliyi etdiyi dünya çempionatının da qalibi İsveç hokkeyçiləri olublar. Növbəti dünya çempionatı gələn il mayın 10-dan 26-dək Slovakiyada təşkil olunacaq.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi