Ali Koç "Barselona"nın baş məşqçisini "Fənərbaxça"ya gətirir - Dəyişiklik başladı
Bizi izləyin

İdman

Ali Koç "Barselona"nın baş məşqçisini "Fənərbaxça"ya gətirir - Dəyişiklik başladı

"Fənərbaxça"nın 37-ci prezidenti seçilən Ali Koç artıq dəyişikliklərə başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni prezident tezliklə əsas komandanın baş məşqçisi Aykut Kocamanı istefaya göndərmək niyyətindədir.

Onun yerinə isə dünyaca məşhur baş məşqçi Luiz Enrike gələcək. Ali Koçun artıq baş məşqçi ilə razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, Luiz Enrike futbolçu karyerası ərzində İspaniyan "Sportinq", "Real" və "Barselona" klublarında oynayıb. Daha sonra "Roma" və "Selta"nı çalışdırıb. 2014-2017-ci illərdə isə "Barselona"nın baş məqşçisi olub. "Barselona" onun rəhbərliyi altında 2 dəfə La Liqa, 3 dəfə Kral Kuboku, 1 dəfə İspaniya Superkuboku, 1 dəfə Çempionlar Liqası çempionu və 1 dəfə Klublararası Dünya Çempionatı qalibi laureatı olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm