"Qarabağ" 5-ci TRANSFERİNİ RƏSMİLƏŞDİRDİ - 3 illik müqavilə - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Qarabağ" 5-ci TRANSFERİNİ RƏSMİLƏŞDİRDİ - 3 illik müqavilə - (YENİLƏNDİ)

2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” beşinci transferini rəsmiləşdirib.

Publika.az xəbər verir ki, Ağdam klubu Portuqaliyanın "Sportinq" klubundan Bolqarıstan yığmasının üzvü Simeon Slavçevi heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalayıb. Slavçev artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışındadır.

Yarımmüdafiəçi peşəkar karyerasına 2010-cu ildə ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Daha sonra Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib.

Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır.

***

“Qarabağ” növbəti transferini açıqlayıb.

Publika.az xəbər verir ki, Ağdam klubu Bolqarsıtan millisinin üzvü Simeon Slavçevi transfer edib.

Bu haqda klubun rəsmi feysbuk və instaqram hesablarından paylaşım edilib.

Qeyd edək ki, “Qarabağ” bundan öncə İslandiya millisinin qapıçısı Hannes Tur Halldorssonla 2 illik müqavilə imzalayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm