Kapitan milli karyerasını başa vurdu
Bizi izləyin

İdman

Kapitan milli karyerasını başa vurdu

Futbol üzrə Yaponiya yığmasının kapitanı Makoto Hasebe milli karyerasını baş vurduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, Rusiyada təşkil olunmuş DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində Belçikaya məğlubiyyətdən sonra bir daha milli komandanın forması ilə meydana çıxmayacağını bəyan edib. Bu barədə Yaponiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Hasebe 2006-cı ildən Yaponiya yığmasının şərəfini qoruyurdu. 34 yaşlı yarımmüdafiəçi bu müddətdə millidə 104 oyun keçirib, 2 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm