İdman
Ronaldonun transferi BU TARİXDƏ rəsmən açıqlanacaq - İtaliyadakı evinin FOTOLARI yayıldı
İtaliya və İspaniya mətbuatında yayılan xəbərlərə görə “Yuventus” Ronaldo transferində xoşbəxt sonluq əldə edib.
Publika.az xəbər verir ki, İspaniya mətbuatı Ronaldonun İtaliyada yaşayacağı evin fotolarını belə yayıb.
“Goal.com”un xəbərinə görə, “Yuventus” illik 30 milyon avro təklif etdiyi portuqaliyalı ulduzun transferini bitirmək üzrədir və tərəflər 4 illik müqavilə imzalayacaq.
Turin klubu transfer qarşılığında “Real”a 100 milyon avro ödəməyə hazır olduğunu bildirib. “Real” isə 120 milyon avro tələb edir.
Uşaqlığından bəri “Yuventus”a qarşı simpatiya bəsləyən Ronaldo “Real Madrid” forması ilə bu kluba qol vurduqdan sonra da simpatiyasını gizlətməyib.
İtaliyanın “Sportmediaset” nəşri Ronaldo transferinin şənbə günü açıqlanacağını bildirib. İspaniyanın “AS” nəşri isə Ronaldonun Turində yaşayacağı malikanənin fotolarını yayıb. Xəbərə görə, ulduz 1000 kv/km köşkdə yaşayacaq. Köşkün 3 qonaq otağı, 8 yataq otağı var.
“Real Madrid” bu il Çempionlar Liqasında üst-üstə 3-cü qalibiyyətini alsa da, klubun ulduzu Kriştiano Ronaldonun verdiyi ayrılıq siqnalları gündəmə damğa vurmuşdu. Ronaldonun “Real Madrid”in yeni mövsümün forma təqdimatında iştirak etməməsi də bu iddiaları gücləndirmişdi. Bundan sonra “Yuventus” ilə Ronaldonun meneceri Xorxe Mendesin görüşdükləri irəli sürülmüşdü.
Zümrüd
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO