İdman
"Neftçi" azarkeşlərinə MÜRACİƏT ETDİ: Ehtiyatlı olun!
"Neftçi" azarkeşlərinə müraciət edib.
Publika.az-ın məlumatına görə, müraciətdə qeyd olunur: "Neftçi” PFK Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Susa” stadionunda "Uypeşt” klubu ilə qarşılaşacaq.
Bu oyunda komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi "Uypeşt” klubuna, UEFA-ya və müvafiq qurumlara müraciət edilib. Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. "Neftçi” üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir. Bu səbəbdən indiki vəziyyətdə sizləri maksimum ehtiyatlı olmağa səsləyirik".
Qeyd olunur ki, müvafiq strukturlardan cavab məktubu gəldikdə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda "Neftçi" "Uypeşt"i 3:1 hesablı məğlubiyyətə uğratmışdı.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər