İdman
İtaliya mundiala 3 xalla başladı - VİDEO
Braziliyada təşkil olunan dünya çempionatı davam edir.Gecənin əsas qarşılaşması İngiltərə və İtaliya arasında baş tutub.
35-ci dəqiqədə Klaudio Marçisio hesabı açıb. Amma italyanların qələbə sevinci 2 dəqiqə çəkib və Daniel Sturridge bərabərliyi təmin edib. İkinci yarıya fəal başlayan İtaliya 51-ci dəqiqədə Mario Balotellinin qoluna sevinib. Bununla da İtaliya 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu gecə Kolumbiya Yunanıstanı 3:0, Kosta Rika Uruqvayı 3:1 hesabı ilə yenib. Saat 06.00-da isə C qrupunun ikinci matçı başlayacaq. Bu görüşdə Kot`D-İvuarla Yaponiya münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2014
Qrup mərhələsi
14-15 iyun
D qrupu
İngiltərə - İtaliya 1:2
Qollar: Daniel Sturridge, 37 - Klaudio Marçisio, 35. Mario Balotelli, 51.
İngiltərə: Co Hart, Qlen Yohnson, Leyqton Baynes, Hari Kahill, Pil Yaqyelka, Stiven Cerrard, Cordan Henderson (Jak Uilşere, 73), Raheem Sterlinq, Daniel Sturridge (Adam Lallana, 80), Ueyn Runi, Danni Velbek (Ross Barkley, 61).
Ehtiyat oyunçular: Ben Foster, Fraser Forster, Kris Smallinq, Pil Yones, Luke Şav, Frank Lempard, Aleks Çamberlain, Ceyms Milner, Rikki Lambert.
Baş məşqçi: Roy Hocson.
İtaliya: Salvatore Siriqu, Qiorqio Çiellini, Matteo Darmian, Andrea Barzaqli, Qabriel Paletta, Antonio Kandreva (Marko Parolo, 79), Klaudio Marçisio, Daniel De Rossi, Andrea Pirlo, Marko Verratti (Tyaqo Motta, 57), Mario Balotelli (Siro İmmobile, 73).
Ehtiyat oyunçular: Canluici Buffon, Mattia Perin, Mattia De Skiqlio, İqnazio Abate, Leonardo Bonuççi, Alberto Aquilani, Antonio Kassano, Alessio Kerçi, Lorenzo İnsigne.
Baş məşqçi: Cesare Prandelli.
Sarı vərəqə: Raheem Sterlinq, 90+2.
Hakimlər: Byorn Kuypers, Sander van Roekel, Ervin Zeynstra (Hollandiya), Valter Lopes (Qvatemela).
Manaus. "Amazon Arena".
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO