Azərbaycan cüdoçularından BÖYÜK UĞUR
Bizi izləyin

İdman

Azərbaycan cüdoçularından BÖYÜK UĞUR

Almaniyanın paytaxtı Berlində gənclərin Avropa kuboku yarışı keçirilir.

Publika.az xəbər verir ki, yarışın ilk günündə cüdoçularımız üç medal əldə ediblər. Altmış kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Avstriya, Kanada, Rusiya, Almaniya, Rumıniya və Qazaxıstan cüdoçularını məğlub edərək Berlində qızıl medala sahib olub.

Digər təmsilçilərimiz Rövşən Əliyev (55 kq) və Hasil Cəfərov (73 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 38 ölkədən 323 oğlan və 212 qız olmaqla, ümumilikdə, 535 cüdoçunun mübarizə apardığı qitə yarışında Azərbaycan millisi 18 (12 oğlan, 6 qız) cüdoçu ilə təmsil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm