Gözəl BATE ilə cavab oyunu öncəsi klubu ziyarət etdi - - FOTO
Bizi izləyin

İdman

Gözəl BATE ilə cavab oyunu öncəsi klubu ziyarət etdi - - FOTO

Belarusda BATE ilə keçirəcəyi futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində "Qarabağ”ı klub prezidenti Abdolbari Gözəl ziyarət edib.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son məşq öncəsi komandanın bazasına gələn A.Gözəl ilk olaraq baş məşqçi Qurban Qurbanovla görüşüb.

Görüşdə komandanın evdə 0:1 hesabı ilə uduzduğu ilk qarşılaşma, ümumilikdə isə cari mövsüm avrokubok perspektivləri haqqında danışılıb.

Futbolçularla da bir araya gələn klub prezidenti məğlubiyyətə baxmayaraq, kollektivə inandığını, xüsusən ikinci hissədəki oyundan məmnun qaldığını bildirib. Komandanın uzun illər Q.Qurbanovla sabitlik yaxaladığını deyən A.Gözəl "Qarabağ"ın artıq Avropa və dünyada tanınan bir klub olduğunu bildirib. O, nəinki futbolda, hətta həyatda da düzgün strategiyanın vacibliyini vurğulayaraq, klubun uğurlarının sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb. Baş məşqçiyə, komandaya inamını nümayiş etdirən klub prezidenti Belarusda müvəfəqiyyət qazanacaqlarına əminliyini vurğulayıb. Sonda A.Gözəl komandaya uğurlar arzulayıb.

"Qarabağ" BATE ilə cavab görüşü üçün Belarusa sabah yollanacaq. Avqustun 14-də "Borisov Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm