İngiltərə nəhəngi tarixi ilkə imza atacaq
Bizi izləyin

İdman

İngiltərə nəhəngi tarixi ilkə imza atacaq

“Mançester Yunayted” 140 illik tarixində ilk dəfə olaraq kluba idman direktoru təyin etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "Qardian” nəşri məlumat verib.

Xəbərə görə, bu yenilik klubun transfer siyasətini daha da müasirləşdirmək imkanı verəcək. İdman direktoru klub rəhbərliyi ilə baş məşqçi arasında əlaqələndirici şəxs olacaq.

Bildirilir ki, buna qədər baş məşqçi Joze Mourinyo ilə icraçı direktor Ed Vudvord arasında transfer məsələsinə görə ciddi fikir ayrılığı olub. Klub rəhbərliyi gələcəkdə həm də belə halların təkrarlanmaması üçün idman direktoru vəzifəsinin yaradılmasını qətiləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm