Avropanın ən yaxşı futbolçusu onlardan biri olacaq - - FOTO
Bizi izləyin

İdman

Avropanın ən yaxşı futbolçusu onlardan biri olacaq - - FOTO

UEFA 2017/2018 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına üç namizədi açıqlayıb.

Qurumun saytına istinadən yaydığı xəbərə görə, bunlar "Real"ın yarımüdafiəçisi Luka Modriç, onun sabiq komanda yoldaşı, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və "Liverpul"un hücumçusu Məhəmməd Salahdır.

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılacaq.

Qeyd edək ki, qalibin adı avqustun 30-da Monakoda keçiriləcək ÇL-in qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq (Qol.az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm