Sabiq futbolçu baş məşqçi təyin edildi - FOTO
Bizi izləyin

İdman

Sabiq futbolçu baş məşqçi təyin edildi - FOTO

Ukraynanın “Dinamo” (Kiyev) komandasının sabiq futbolçusu və baş məşqçisi Sergey Rebrov Macarıstanın “Ferentsvaroş” komandasının sükanı arxasına keçib.

Publika.az xəbər verir ki, bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, 44 yaşlı mütəxəssis Tomas Dollu əvəzləyəcək. Sergey Rebrova “Dinamo”da onunla birlikdə çiyin-çiyinə çalışmış ispaniyalı həmkarı Alberto Bosxa kömək edəcək.

Xatırladaq ki, sabiq futbolçu Sergey Rebrov futbolçu kimi karyerasını 2009-cu ildə sonlandırıb. O, 2014 – 2017-ci illərdə “Dinamo”da baş məşqçi kimi çalışıb. O hətta Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasında 1 ilə yaxın baş məşqçi kimi çalışıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm