İdman
UEFA “Qarabağ”ın Avroliqadakı rəqibini CƏZALANDIRDI
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Sportinq" (Portuqaliya) UEFA tərəfindən cəzalandırılıb.
Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk matçında “köhlən atlar”ı qonaq edəcək “Sportinq”in ev oyunlarını keçirdiyi “Joze Alvalade” stadionunda 3 min yer boş qalacaq.
Keçən mövsüm Avroliqanın 1/4 final mərhələsinin “Atletiko” ilə cavab matçında (1:0) azarkeşlər oyunun hakimlər briqadasını yad cisimlərlə “atəş”ə tutduğundan, UEFA azarkeşlərin olduğu sektorların 1 oyunluq bağlanmasına qərar verib.
“Sportinq” klubu bununla bağlı azarkeşlərinə müraciət edib: “Klubun bütün üzvləri və azarkeşlər tam olaraq anlamalıdırlar ki, kobud hərəkətlər komandamıza ciddi zərər verə bilər”.
Sentyabrın 20-də keçiriləcək “Sportinq” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO