Millimizin dünya çempionatı üçün HEYƏTİ
Bizi izləyin

İdman

Millimizin dünya çempionatı üçün HEYƏTİ

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatı üçün heyəti bəlli olub.

Publika.az xəbər verir ki, millimizin baş məşqçisi Faiq Qarayev yarışa 14 voleybolçu ilə yollanacaq.

Millimizin heyəti: Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbduləzimova, Alyona Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Əliyeva.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək. Yığmamız C qupunda Rusiya, Cənubi Koreya, Tayland, Trinidad-Tobaqo və ABŞ ilə yarışacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm