“Qarabağ” - “Arsenal” matçı 50 manata!
Bizi izləyin

İdman

“Qarabağ” - “Arsenal” matçı 50 manata!

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çxarılacağı vaxt müəyyənləşib.

Publika.az "Qarabağ" klubunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini sabahdan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdır.

Fanatlar biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:

Qarabağ FK Fan-şop ("Park Bulvar")

İticket kassaları

Sumqayıt şəhəri ("ASAN Xidmət")

"28 Mall"

"Gənclik Mall"

Qeyd edək ki, oktaybrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm