Bakıda drift dərsləri başladı - FOTO
Bizi izləyin

İdman

Bakıda drift dərsləri başladı - FOTO

Oktyabrın 11-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) drift məktəbində ilk təlimlər keçirilib.

AAF-dan Publika.az-a bildiriblər ki, təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri aparıblar.

Dənizkənarı Milli Park ərazisində təşkil olunan ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontiyn, “Red Bull” atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk keçirlər. Təlimdə drift avtomobil idman növünün əsasları, drift elementləri öyrədilir.

Dərslər oktyabrın 14-dək davam edəcək. Drift dərslərində iştirak üçün qeydiyyatdan keçmək istəyən şəxslər [email protected] ünvanına müraciət edə və ya 050 295-01-00 telefon nömrəsinə zəng vura bilərlər. Dərslərdə iştirak ödənişlidir.

Drift məktəbinin açılmasında əsas məqsəd avtomobil idmanının inkişafı, bu sahəyə marağın artırılması, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançı və mütəxəssislərin hazırlanmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm