İdman
Azərbaycan Avropa birinciliyində ilk medalını qazandı
Oktyabrın 20-dən 27-dək Polşanın Zamots şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından Publika.az-a verilən məlumata görə, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə yığma komandamızın üzvləri də iştirak edirlər.
Bu gün onlardan biri – Səbinə Əzimova yaşı 20-yə qədər olan qızların 53 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb. Yeniyetmələr arasında Avropa birinciliklərinin üçqat qalibi olan atletimiz gənclər arasında müvafiq yarışda medal qazanmağa çalışıb.
Səbinə birdən qaldırma hərəkətində 76 kq-ı ram edərək bu hərəkətdə 7-ci yeri tutub.
Əzimova təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək fəxri kürsüyə yüksəlməyi bacarıb. Gənc atletimiz 100 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
Toplam 176 kq (76+100) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yerə çıxıb.
Qeyd edək ki, daha əvvəl Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi bir neçə medal qazanıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR