İdman
AFFA-dan XƏBƏRDARLIQ: Turnirdən kənarlaşdırılacaq
AFFA “Region Liqası” turnirində baş vermiş neqativ hallarla bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, assosiasiya klub nümayəndələri, məşqçilər, futbolçular və inzibati heyətin üzvlərinə xəbərdarlıq edib.
Bildirilir ki, ötən həftə sonu keçirilmiş III tur oyunlarının bir neçəsində qeyri-intizam halları baş verib: “Hakim qərarlarına etiraz fonunda məşqçi və futbolçuların iştirakı ilə kütləvi dava-dalaş cəhdlərinə yol verilib, bunun nəticəsində oyunlarda bir neçə dəqiqəlik fasilələr yaranıb. AFFA nümayəndələrinin və təhlükəsizliyə cavabdeh şəxslərin müdaxiləsi ilə həmin xoşagəlməz cəhdlərinin qarşısı alınıb, turun bütün oyunları sonuna qədər oynanılıb. AFFA və “Region Liqası”nın təşkili üzrə İşçi Qrup belə intizamsızlıq cəhdlərini kəskin şəkildə pisləyir, bütün komandaların turnirin Əsanaməsində göstərilmiş qaydalara riayət etməsinin vacibliyini bildirir. Cari turda qeydə alınmış qayda pozuntularına AFFA-nın İntizam Komitəsi tərəfindən müvafiq hüquqi qiymət veriləcək".
Xəbərdarlıqda o da vurğulanıb ki, anoloji hallar təkrarlanacağı təqdirdə, təqsirkar komandanın turnirdən kənarlaşdırılması məsələsinə baxılacaq. Bütün komandalar qaydalara riaəyət etməyə və futbolun gözəlliyindən zövq almağa çağırılıb: “Bir daha xatırladırıq ki, AFFA Ədalətli Oyun, həmçinin meydanda və meydandan kənarda tərəflərin bir-birinə hörmət və ehtiram prinsiplərini dəstəkləyir!”
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO