İdman
Avropa çempionatı davam edir – Medalların sayı artacaq
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.
Publika.az xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb. 2 güləşçimiz 5-ci olub.
İkinci gün 55, 66, 84 və 120 kq çəki dərəcələrində mübarizə aparan sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 1 gümüş medal qazanıb.
Çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 3 çəkidə təmsil olunub. Onlardan ikisi bürünc medal qazanıb.
Dördüncü gün 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub.
63 kq-da mübarizə aparan Elmira Qəmbərova Polşa və Çexiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda onun rəqibi Türkiyə təmsilçisi olacaq.
72 kq çəki dərəcəsində Səbirə Əliyeva ilk görüşündə məğlub olsa da, rəqibin finala yüksəlməsi ona medal şansı verib. Təsəlliverici görüşə qatılan güləşçimiz Belarus təmsilçisinə tam üstünlüklə qalib gəlib. Həlledici görüşdə onun rəqibi Türkiyə idmançısı olacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Aygün İlqarqızı
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...