İdman
İnyestaya heykəl qoyulacaq
İspaniya yığmasının və “Barselona” klubunun keçmiş yarımmüdafiəçisi, hazırda Yaponiyanın “Vissel Kobe” klubunun heyətində oynayan Andres İnyestanın şərəfinə onun anadan olduğu Albasete əyalətində heykəl qoyulacaq.
Publika.az xəbər verir ki, Albasete şəhərinin meri deyib: “İnyesta Albasete cəmiyyətinin dəyərlərini – təvazökarlığı, sadəliyi və çalışqanlığı təcəssüm etdirir”.
Heykəli 2020-ci il üçün təqdim etmək planlaşdırılır. O, Albasete şəhərinin “Abelardo Sançes” parkında qoyulacaq.
Maraqlıdır ki, bir neçə il əvvəl İnyestanın doğma Fuentealbilyo kəndində də heykəli qoyulub.
Xatırladaq ki, 34 yaşlı İnyesta 2010-cu ilin dünya çempionatında İspaniya və Niderland yığmaları arasında keçirilən final görüşündə “qızıl” qolun müəllifi olub. Həmin görüş 1:0 hesabı ilə İspaniya yığmasının xeyrinə başa çatıb. Yarımmüdafiəçi 2002-2018-ci illərdə “Barselona” klubunun heyətində çıxış edib və onunla birlikdə 32 mükafat qazanıb.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO