
Fransada xizək sürərkən yıxılaraq ağır xəsarət alan, 6 aydan sonra komadan ayılan Formula 1-in əfsanəvi pilotu Mixail Şumaxerin heç bir zaman yeriyə bilməyəcəyi bildirilib.
Publika.az xəbər verir ki, bu barədə əfsanəvi pilotu yaxından izləyən isveçrəli həkim Erik Riederer məlumat verib:
"Artıq o yeriyə bilməyəcək və həyatı boyunca başqalarının köməyinə möhtac olacaq".
Həkim qəzadan sonra Şumaxerin beynində "qalıcı ziyan" olduğunu vurğulayıb: "Qarşıdakı üç ay ərzində kömək almadan tək başına oturmağı bacarması və 6 ay ərzində əlil arabasından istifadə edə bilməsi böyük uğurdur” .
Sonra həkim 6 ay sonra onun komadan oyanmasının belə möcüzə olduğunu deyib.
Aygün İlqarqızı