Mançester derbisində 4 qol - VİDEO
Bizi izləyin

İdman

Mançester derbisində 4 qol - VİDEO

Noyabrın 11-də İngiltərə Premyer Liqasının 12-ci turuna yekun vurulub.

Publika.az xəbər verir ki, turun sonuncu oyunu “Mançester Siti” ilə “Mançester Yunayted” klubları arasında olub. “Etihad” stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıb. Bernardo Silvanin cinah ötürməsini David Silva qüvvətli zərbə ilə tamamlayıb - 1:0. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra Pep Qvardiolanın yetirmələri iki dəfə fərqlənib. Serxio Aquera və İlkay Gündoğan fərqlənib, “qırmızı şeytan”ların yalnız təsəlli qola gücü çatıb. Antoni Marsial adını tabloya yazdırıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm