
Braziliyada Da Silva ailəsinin üzvlərinin əl və ayaqlarında 6 barmaq var.
Da Silva ailəsi irsi olan fiziki bir anormallıq yaşayır. Amma bu vəziyyət onları heç də narahat etmir. Publika.az xəbər verir ki, hətta ailə bu durumlarının dünya çempionatında ölkələrinə 6-cı çempionluğu qazandıracağına işarə olduğuna da inanır.
Qeyd edək ki, bu ailənin, sadəcə, bir üzvü normal olaraq 5 barmaqlı doğulub.