Lars Olsen: Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi çox çətin olacaq
Bizi izləyin

İdman

Lars Olsen: Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi çox çətin olacaq

"Azərbaycan millisini təbrik edirəm. Qəbul edirəm ki, rəqib daha güclü idi. Oyunu iki hissəyə bölmək olar. İlk yarıda yaxşı müdafiə olunduq, rəqib ciddi təhlükələr yaratmadı. Sadəcə, buraxılan kobud səhvlər qollar buraxmağımıza səbəb oldu. İkinci hissədə daha yaxşı oynasaq da, rəqib layiqli qələbə qazandı”.

"Report"un məlumatına görə, bunu Farer adaları yığmasının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasında Azərbaycana Bakıda 0:2 hesabı ilə uduzduqları V tur matçından sonra mətbuat konfransında deyib.

Danimarkalı mütəxəssis bildirib ki, son turda Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi çox çətin olacaq:

"Maraqlı qarşılaşma olacaq. Evdə oynayacağını nəzərə alsaq, Kosovo güclü çıxış edəcək. Sizə uğurlar arzulayıram. Amma Kosovonu öz meydanında məğlub etmək çox çətindir".

Noyabrın 20-də Priştina şəhərində keçiriləcək Kosovo - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm