İdman
Millimiz elit-raundda
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Publika.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin III turunda Lixtenşteynlə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində ilk qolu 14-cü dəqiqədə Murad Mahmudov vurub. Kamran Quliyev isə 64 və 69-cu dəqiqələrdə fərqlənməklə oyunda dubla imza atıb.
Qrupun digər görüşündə İsrail Gürcüstanla heç-heçə edib - 1:1. Bu oyunların nəticəsindən sonra Azərbaycan millisi 6 xalla qrup ikincisi olub və elit-raunda vəsiqə qazanıb. İsrail komandası isə 7-ci xalını qazanaraq qrup birinci kimi növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı I qrupun oyunları Gürcüstanın paytaxtı Tbilisidə keçirilir. Qrupdakı ilk matçda İsrailə 1:4 hesabı ilə uduzan komanda, II görüşdə meydan sahiblərini üstələməyi bacarıb - 2:1.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR